Qulu Ağsəs tələbələrə nə vəd etdi? – Pedaqoji Universitetdə GÖRÜŞ – FOTOLARbackend

Qulu Ağsəs tələbələrə nə vəd etdi? - Pedaqoji Universitetdə GÖRÜŞ - FOTOLAR

KONKRET.az xəbər verir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) filologiya fakültəsində “Ulduz” jurnalının baş redaktoru, Azərbaycan Respublikası Prezident təqaüdçüsü, Azərbaycanın əməkdar jurnalisti, şair Qulu Ağsəslə (Zeynalovla) görüş keçirilib.

Görüşdə filologiya fakültəsinin rəhbərliyi, professor-müəllim heyəti və tələbələri iştirak edib.

Fakültənin dekanı, filologiya üzrə elmlər doktoru, professor Mahirə Hüseynova giriş sözü ilə tədbiri açaraq “Ulduz” jurnalı və jurnalın baş redaktoru Qulu Ağsəsin bədii yaradıcılığı haqqında dərin məzmunlu çıxış edib, əhatəli məlumat verib.

Daha sonra söz jurnalın baş redaktoru Qulu Ağsəsə verilib. Baş redaktor “Ulduz” jurnalının  52 illik fəaliyyəti, hazırkı durumu haqqında maraqlı məlumatlar verib. O, redaksiyalarının  hər zaman ədəbi gəncliyin üzünə açıq olduğunu bildirib.

Sonra  fakültə dekanı, filologiya üzrə elmlər doktoru, professor, şairə Mahirə Hüseynova, Ədəbiyyat və onun tədrisi metodikası kafedrasının professoru, şair Zahid Xəlil, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, dosent Razim Məmmədov, dosent Pərixanım Hüseynova tələbələrlə birgə ədəbi müzakirələr aparıblar. Gənclər yeni şeirlərini oxuyub və onları maraqlandıran suallarla jurnal redaktoruna müraciət ediblər.

Görüşdə fakültənin “Meh” ədəbi dərnəyinin üzvləri xüsusi fəallıq nümayiş etdiriblər. Onların “Ulduz”un baş redaktoruna verdiyi maraqlı suallar və  yaradıcılıqlarından söylədikləri şeirlər xüsusi maraqla qarşılanıb. Səmimi ab-havada keçən görüş zamanı fərqlənən bir çox tələbənin “Ulduz” jurnalına abunəsi reallaşıb.

Fakültənin yaradıcı gəncləri öz yazılarını Qulu Ağsəsə təqdim ediblər. Qərara gəlinib ki, belə görüşlər mütəmadi xarakter alsın.

Aynurə Əliyeva

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*