Ötən gün Xırdalanda qumbara partlayışı nəticəsində həyatını itirən 2007-ci il təvəllüdlü Mustafayeva Xədicə Vüsal qızı idmançı olub.
KONKRET.az bildirir ki, xitab24.az-ın əldə etdiyi məlumata görə, 19 yaşlı gənc idmanın kikboksinq növü ilə məşğul olub və bir sıra turnirlərin qalibi adını qazanıb.
Məlumata görə, X.Mustafayeva partlayışdan öncə ailə üzvlərinə məktub yazıb.
Qeyd edək ki, hadisə ötən gün səhər saatlarında qeydə alınıb.
Xədicə Mustafayevanın Abşeron rayonu, Xırdalan şəhərində yerləşən fərdi yaşayış evində əl qumbarasının partlaması nəticəsində aldığı xəsarətlərdən ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
