Ramiz Mehdiyevin vaxtında vəzifəsindən uzaqlaşdırılan Coşqun Yəhyayev məhkəmədə qalib gəldi – FOTObackend

Ramiz Mehdiyevin vaxtında vəzifəsindən uzaqlaşdırılan Coşqun Yəhyayev məhkəmədə qalib gəldi - FOTO

Ramiz Mehdiyevin rəhbərliyi dövründə AMEA-dakı işindən uzaqlaşdırılan Coşqun Yəhyayev üzləşdiyi qanunsuzluqla bağlı məhkəməyə müraciət etmişdi.

KONKRET.az xəbər verir ki, Səbail Rayon məhkəməsi Coşqun Yəhyayevin şikayətini təmin edib. Belə ki, məhkəmə onun yenidən öz işinə bərpa olunması və fəaliyyətsiz qaldığı müddətin kompensasiya edilməsi ilə bağlı qərar çıxarıb. Bu barədə şikayətçi özü məlumat verib.

Saytımıza açıqlamasında Coşqun Yəhyayev bunları deyib: “AMEA-da İşlər İdarəsində baş mütəxəssis vəzifəsində çalışırdım. 2021-ci ilin may ayından əsassız şəkildə işimdən kənarlaşdırıldım. Bu səbəbdən də məhkəməyə müraciət etdim. Haqq-ədalət bərpa olundu. Yenidən öz işimə geri qaytarıldım. Bu müddət ərzində ödənilməyən əməkhaqqım kompensasiya ediləcək. Səbail Rayon Məhkəməsinin hakimi Şəhla Süleymanovaya təşəkkürümü bildirirəm”, – o vurğulayıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*