İspaniyanın “Real Madrid” klubu Türkiyə millisinin və “Fənərbağça”nın futbolçusu Arda Güləri heyətinə qatdığını bəyan edib.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, A. Güləri heyətinə qatdığını açıqlayan klub sosial media hesabında türkcə paylaşımlar etməyə davam edir.
Məlumata görə, bu gün yerli vaxtla saat 13.00-da futbolçunun imza mərasimi keçiriləcək. Mərasimdə “Real Madrid”in prezidenti Florentino Peres də iştirak edəcək.
☀️ ¡Buenos días #Madridistas!
🇹🇷 Günaydın Türkiye ve bütün dünyada ki Madridistalar! pic.twitter.com/k3Ays7TS4j— Real Madrid C.F. (@realmadrid) July 7, 2023
İqbal Rzayev,
KONKRET.az
