Rejim dəyişikliyi yoxsa hakimiyyətin xilası? – İranda nələr baş verir?backend

Rejim dəyişikliyi yoxsa hakimiyyətin xilası? – İranda nələr baş verir?

Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda İranın siyasi gələcəyi ilə bağlı müzakirələr yenidən aktuallaşıb. İsraillə qarşıdurmanın dərinləşməsi, beynəlxalq təzyiqlərin artması və regionda dəyişən geosiyasi reallıqlar fonunda bəzi ekspertlər Tehranda hakimiyyətin mövqelərinin zəifləyə biləcəyini düşünür. Digər tərəfdən, İran rəhbərliyinin indiyədək müxtəlif böhranlardan çıxmağı bacarması rejimin davamlılığı ilə bağlı fərqli yanaşmaları gündəmə gətirir.

Bəs mövcud şəraitdə İranda rejim dəyişikliyi ehtimalı nə qədər real görünür?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, son hadisələr İran hakimiyyətinin əsas məqsədinin mövcud rejimi qoruyub saxlamaq olduğunu bir daha nümayiş etdirib.

Əziz Əlibəyli: “Seçki milli təhlükəsizlik məsələsidir”

“Bu proseslər göstərdi ki, İran rejimi yaşamaq üçün əlavə imkan qazandı. Hakimiyyətdə qalmaq naminə bütün güzəştləri etməyi bacardı. Buna görə də İran hakimiyyətinin rejimi hər vasitə ilə qoruyub saxlamaq cəhdlərinin nəticələrini bu gün aydın şəkildə görürük”.

Siyasi şərhçi hesab edir ki, xarici təhdidlərin artması əksər hallarda İran daxilində hakimiyyət ətrafında konsolidasiyanı gücləndirir və bu da qısa müddətdə rejim dəyişikliyi ehtimalını azaldır.

Ə. Əlibəylinin fikrincə, mövcud şəraitdə əsas məsələ rejimin dəyişməsi deyil, onun hansı güzəştlər hesabına və nə qədər müddət ərzində mövcudluğunu davam etdirə biləcəyidir. Bu baxımdan, İranın yaxın perspektivdə siyasi kursunda müəyyən korrektələr mümkün sayılsa da, hakimiyyət modelinin tam dəyişməsi hələlik real görünmür.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*