TÜİK ölkədə işçi qüvvəsi ilə bağlı statistikasını açıqlayıb.
KONKRET.az xəbər verir ki, Türkiyədə işsizlərin sayı 27 min nəfər azalaraq 3 milyon 11 min nəfərə çatıb.
Keçirilən sorğunun nəticələrinə görə 15 və daha yuxarı yaşda olan işsizlərin sayı 2024-cü ilin may ayında əvvəlki ayla müqayisədə 27 min nəfər azalaraq 3 milyon 11 min nəfərə çatıb. İşsizlik səviyyəsi 0,1 bənd azalaraq 8,4%-ə düşüb. İşsizlik səviyyəsinin kişilər üçün 7,0%, qadınlar üçün isə 11,0% olduğu təxmin edilib.
2024-cü ilin may ayında məşğul əhalinin sayı əvvəlki ayla müqayisədə 273 min nəfər artaraq 32 milyon 920 min nəfərə, məşğulluq səviyyəsi isə 0,4 bənd artaraq 50,0%-ə çatıb. Bu göstərici kişilərdə 67,3 faiz, qadınlarda 33,0 faiz təşkil edib.
15-24 yaş qrupunu əhatə edən gənc əhali arasında işsizlik səviyyəsi əvvəlki ayla müqayisədə 0,3 bənd artıb və 15,0%-ə çatıb. Bu yaş qrupunda işsizlik səviyyəsi kişilərdə 12,8%, qadınlarda isə 19,3% olaraq qiymətləndirilib.
Hesabat dövründə işləyənlərin orta həftəlik faktiki iş vaxtı əvvəlki ayla müqayisədə 0,3 saat azalaraq 2024-cü ilin may ayında 43,9 saata çatıb.
Burhan,
KONKRET.az