Rəşad Nəbiyev türk nazirlə görüşdü – FOTObackend

Rəşad Nəbiyev türk nazirlə görüşdü - FOTO

Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyev Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

KONKRET.az xəbər verir ki, nazir bu barədə Tvitter hesabında yazıb.

“Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının nəqliyyat və infrastruktur naziri cənab Adil Karaismailoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdük.

İki ölkə arasında avtomobil nəqliyyatı ilə tranzit yükdaşımaları, dəmir yolu nəqliyyatı, kombinə edilmiş beynəlxalq yükdaşımaları, mülki aviasiya, telekommunikasiya və peyk xidmətləri sahələrində əməkdaşlığın hazırkı vəziyyətini və inkişaf perspektivlərini müzakirə etdik”, – Rəşad Nəbiyev bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*