Rəşid Mahmudov: “Maskaların tərkibinə qurd yumurtaları yerləşdirilsə, suya salan kimi görünər”backend

Rəşid Mahmudov: “Maskaların tərkibinə qurd yumurtaları yerləşdirilsə, suya salan kimi görünər”

“Əgər maskalar istehsal olunan zaman tərkibinə qurd yumurtaları yerləşdirilsə, suya salan kimi qurdlar görünməyə başlaya bilər”.

KONKRET.az xəbər verir ki, bunu Pravda.az-a açıqlamasında tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudov deyib.

O bildirib ki, yayılan videoların doğru olması mümkündür: “Maskalarda, doğrudan da, qurd yumurtaları yerləşdirilirsə, bu, sağlamlıq üçün təhlükəlidir. Həmin maskalardan istifadə edənlər qurd xəstəliyinə tutula bilərlər”.

Qeyd: İsti suya salınan ağ rəngli tibbi maskaların üzərində qara qurdların olması ilə bağlı sosial şəbəkələrdə videolar yayılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*