Rəsmi İrəvanla xaricdəki erməni diasporu arasında ÇAT ƏMƏLƏ GƏLDİ – SƏBƏBLƏRbackend

Rəsmi İrəvanla xaricdəki erməni diasporu arasında ÇAT ƏMƏLƏ GƏLDİ - SƏBƏBLƏR

İrəvan hökuməti ilə xaricdəki erməni diasporu arasında narazılıq artır.

KONKRET.az xəbər verir ki, bu barədə erməni mətbuatı yazı dərc edib. Yazıda rəsmi İrəvanla xaricdəki erməni diasporu (ilk növbədə Amerika və Fransa) arasında münasibətlərdə ciddi böhran yaşandığı bildirilir.

Səbəblərdən biri də xarici diasporun İrəvanın Türkiyə ilə yaxınlaşma istiqamətində aktiv addımlarından narazılığıdır.

Məsələ ondadır ki, Ermənistanın kuratoru Rusiya yox, Türkiyə olacaq. Erməniləri də, diasporu da dəli edən budur.

Bundan başqa, İrəvanın 2020-ci ildə 44 günlük müharibə zamanı Ermənistana zəif dəstəyinə görə diaspora qarşı kini var.

“Qarşılıqlı narazılığın bir neçə başqa səbəbi də var. Diasporla qarşı açıq şəkildə oynayan və Paşinyan hakimiyyətinə pis münasibət bəsləyən Eçmiədzin erməni kilsəsi də bu prosesdə öz mənfi təsirini göstərir”, – deyə məqalədə qeyd olunub.

Xuraman Etibarlı,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*