Ukraynanın Xarici işlər naziri Dmitri Kuleba bildirib ki, telefonla danışarkən qərbli həmkarlarından heç biri bazar ertəsi Rusiyanın raket zərbələrindən sonra Moskva ilə danışıqları dilə gətirməyib.
KONKRET.az xəbər verir ki, o, bu barədə milli telemarafonun efirində bildirib.
“Heç kim buna cəsarət etmədi. Diplomat olsaq da, son günlər kimsə danışıqlar sözünü deməyə çalışmır” – deyə Kuleba əlavə edib.
Onun sözlərinə görə, Xarici İşlər Nazirliyi bütün dövlət qurumlarından ehtiyaclarla bağlı müraciətlər alıb və artıq tərəfdaşlarla əməkdaşlıq edərək təkcə hərbi deyil, həm də enerji problemlərinin aradan qaldırılmasına dəstək gözləyir.
“Putinin bu hücumları partnyorlarımızı dəyişməyəcək və qorxutmayacaq. Hər kəs başsağlığı verir. Mən hər bir həmsöhbətə dedim ki, onlara hörmət edirəm və təşəkkür edirəm. Lakin indi bizə hava hücumundan və raketdən müdafiə sistemləri, hətta dizel generatorları lazımdır”, – nazir əlavə etdi.
Bundan əvvəl Kuleba bildirib ki, oktyabrın 10-da Rusiyanın Ukrayna şəhərlərinə kütləvi raket hücumu ilə bağlı Avropa İttifaqı artıq cavab tədbirləri hazırlayır.
Günel Mikayılova,
KONKRET.az