“Rəsmi nikah müqaviləsi olmadan aliment almaq üçün əvvəlcə məhkəmədə atalığın müəyyən edilməsi ilə bağlı iddia qaldırılmalıdır”.
Bu fikiri KONKRET.az-a açıqlamasında hüquqşünas, ailə hüququ üzrə ixtisaslaşmış vəkil Elşad İsayev bildirib.
“Aydın məsələdir ki, rəsmi boşanma olduqda, uşaq kiminlə birgə qalırsa, digər valideyn ona aliment ödəyir. Əksər hallarda elə olur ki, uşaq birgə nikah dövründə dünyaya gəlir. Ancaq tərəflərin rəsmi nikahı olmur. Bu, vətəndaş nikahı və dini kəbin əsasında baş verir. Bəzən də bu nikahların heç biri olmur. Rəsmi nikah olmasa belə, tərəflər arasında ayrılıq baş verdikdə aliment tutulması üçün əsas yaranır. Bu halda tərəflər məhkəməyə müraciət edirlər. Məhkəmə bildirir ki, alimentin tutulması üçün rəsmi sənəd lazımdır. Əsasən bu tipli iddialarda birbaşa aliment məsələsi qaldırılmır. Məhkəmənin qərarı ilə iş üzrə ekspertiza təyin olunur. Ekspertiza isə iki formada aparılır: DNT və bioloji ekspertiza. Bioloji ekspertiza Bakıda keçirilir. Sidikdən, tüpürcəkdən alınır və atalıq müəyyənləşdirilir. Bioloji analiz 95-98%-lik nəticəni göstərir. DNT analinizin nəticəsi isə 99-100% olur. Ekspertizanın nəticələrinə uyğun cavabdeh şəxsin uşağın atası olması müəyyən edilərsə, məhkəmə həm atalığı, həm də alimenti təsdiqləyir. Qeyd olunan qətnamə uşağın doğum haqqında şəhadətnaməsinin akt qeydləri kitabında dəyişikliklərin edilməsinə əsas verir. Beləliklə, şəhadətnamənin ataya dair məlumatlar bölümündə onun adı və soyadı qeyd olunur. Yəni həm atalıq, həm də aliment məsələsi həllini tapır.”
Aynurə İsmayıl,
KONKRET.az
Salam, men qeyri reami nigahadan iki ovlad sahibiyem, resmi nigahdan da iki ovlad. Hal hazirda resmi nigahda oldugum ailemle yawayiram. Qeyri resmi nigahda oldugum ailem meni mehkemeye verib ailment teleb edir. Hal hazirda reami nigahdan olan ovladimin biri 2 ci qrup elildir. Bacim ayrilib, bacim ve iki uwagi men qeyyumluga goturmuwem ve valideynlerimde menimle qalir. Zehmet olmasa qeyri resmi nigahdan olan ovladlarima alimentin hesablanmasinin huquqi izahini vererdiz mene. Ozumde resmi iw yerim var, herbiciyem. Elaqe nomrem 051 511 91 90 yaxindan komeyinize ehtiyacim var. Elaqe saxlasaniz wad olaram.