Respublika Klinik Xəstəxanasında xəstə qəbulu dayandırılıb – RƏSMİ AÇIQLAMAbackend

Respublika Klinik Xəstəxanasında xəstə qəbulu dayandırılıb - RƏSMİ AÇIQLAMA

KONKRET.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva  Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında yeni xəstə qəbulunun dayandırıldığını bildirib.

“Xəstəxanada yeni qəbul qaydaları müəyyənləşdirilir. Bu səbəbdən tibb müəssisəsi bir həftə yeni xəstə qəbul etməyəcək. Eyni zamanda, həmin müddətdə orada profilaktika məqsədi ilə dezinfeksiya işləri aparılacaq. Xəstəxanada olan pasiyentlərin müalicəsi əvvəlki qaydada davam etdiriləcək”, – R.Əliyeva deyib.

Onun sözlərinə görə, Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında tibb işçiləri arasında koronavirusa yoluxma halının baş verməsi və xəstəxananın fəaliyyətini dayandırması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir.

Rəvanə Əliyeva qeyd edib ki, xəstəxana adi iş rejimində fəaliyyətini davam etdirir.

Qeyd edək ki, bəzi mətbuat orqanlarında Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında tibb işçiləri arasında koronavirusa yoluxma halının baş verməsi və xəstəxanın fəaliyyətini dayandırması ilə bağlı məlumatlar yayılıb. Bildirilib ki, xəstəxananın Ginekologiya Şöbəsində doğuşa gələn bir qadından virus tibb işçilərinə yayıldığından bu axşamdan xəstəxana fəaliyyətini dayandırıb.

Məlumata görə, xəstəxananın bütün tibb personalından  COVİD – 19 testi götürüləcək.  Yalnız bundan sonra xəstəxananın tam fəaliyyətini dayandırıb-dayandırmamasına qərar veriləcək.

Tibb ocağının Qəbul şöbəsi Gununsesi.org-un sorğusuna cavab olaraq, xəbəri təsdiqləyib.

Bildirilib ki, tibb müəssisəsinin açılacağı tarix personalın test nəticələrindən sonra bəlli olacaq.

Oxu.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*