Rixard Zorgenin abidəsinin üzərinə boya tökən rusiyalı qadın həbs edildi – FOTO+VİDEObackend

Rixard Zorgenin abidəsinin üzərinə boya tökən rusiyalı qadın həbs edildi - FOTO+VİDEO

Vladivostokda məhkəmə əfsanəvi bakılı kəşfiyyatçı, Sovet İttifaqı Qəhrəmanı Rixard Zorgenin abidəsinin üzərinə boya tökən yerli sakini həbs edib.

KONKRET.az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə vilayət prokurorluğundan məlumat verilib.

İstintaqın məlumatına görə, hadisə mayın 10-a keçən gecə baş verib.

Rusiyalı qadın abidəni təhqir etdiyinə görə saxlanılıb. Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin vandalizm maddəsi ilə cinayət işi başlanıb.

İstintaqın tələbi ilə 39 yaşlı qadın 1 ay 25 gün müddətinə həbs olunacaq. Onun iki azyaşlı qızı isə sosial reabilitasiya mərkəzinə göndərilib.

Yeri gəlmişkən qeyd edək ki, Rixard Zorge 1895-ci il oktyabrın 4-də Bakının Sabunçu qəsəbəsində neftçi texnik Adolf Zorgenin ailəsində dünyaya gəlib.

Yaponiyada jurnalist adı altında xəfiyyə kimi fəaliyyət göstərən Rixard Zorge SSRİ-ni Adolf Hitler tərəfindən başladıla biləcək hücum barədə məlumatlandırıb.

Rixard Zorge saxlanıldığı həbsxanada 1944-cü ilin 7 noyabr tarixində asılaraq edam edilib. Edamın ardından R.Zorgenin meyiti saxlanıldığı Suqamo həbsxanasında məhkumlar üçün nəzərdə tutulmuş ümumi məzarlıqda dəfn edilib. Sonralar xəfiyyənin cəsədi həbsxanadan çıxarılıb. Nəşin yeni yeri kimi Tokionun Füçi səmtində yerləşən məzarlıq seçilib.//Oxu.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*