Ermənistan və İtaliya mədəni əməkdaşlığı dərinləşdirəcək. KONKRET.az xəbər verir ki, Ermənistanın İtaliyadakı səfiri Viktoriya Bağdasaryan jurnalistlərə müsahibəsində bildirib ki, yaxın gələcəkdə Romada erməni yazıçı Ovannes Tumanyanın abidəsi ucaldılacaq.
“Ermənistanın Baş naziri Nikol Paşinyanın İtaliyaya rəsmi səfəri zamanı mədəni əməkdaşlıq sahəsində əməkdaşlığın inkişafı üçün imkanları müəyyənləşdirdik. Milanda abidə ucaltmaq təklif edildi, bu istiqamətdə çalışmalıyıq. Ona görə də güman edirəm ki, Romada Ovannes Tumanyan üçün abidə açılması planlaşdırılır”, – deyə Viktoriya Bağdasaryan bildirib.
Qeyd edək ki, 2019-cu ildə iki erməninin – Komitas və Ovannes Tumanyanın anadan olmasının 150 illiyi qeyd olunur. Bununla əlaqədar olaraq Ermənistanda və dünyanın müxtəlif ölkələrində bir çox tədbirlər keçirilib.
Ovannes Tumanyan və Komitasın anadan olmasının 150 illiyi ərəfəsində oktyabrın 18-də Parisdə YUNESKO-nun mənzil-qərargahında Ovannes Tumanyanın 150 illik yubileyinə həsr olunmuş “Zamanla Danışaq” adlı sərgi açılıb və Komitasın 150 illik yubileyinə həsr olunmuş konsert keçirilib.
