Roman Bağdasaryan: “Qarabağ klanı” ermənilərin dərdidirbackend

Roman Bağdasaryan: “Qarabağ klanı” ermənilərin dərdidir

Tanınmış erməni jurnalist və bloger Roman Bağdasaryan yenidən “Qarabağ klanı”nın nümayəndələrini tənqid edib və onları Ermənistanın başına gələn bütün bəlalarda ittiham edib.

KONKRET.az xəbər verir ki, bu barədə o, özünün Telegram kanalında yazıb.
“1988-ci ildə hamımız fərqli düşünürdük. Bütün bu illər ərzində köhnə Ermənistanın və Qarabağın hakimiyyət orqanları bizi aldatdılar, bütün xalqı, diasporu qarət etdilər.

Özləri övladları ilə birlikdə ən yaxşı vəzifələrə, obyektlərə və bizneslərə sahib çıxdılar, vicdanlı insanların ağzını bağladılar. Şuşa həbsxanasında işgəncələr, təbii sərvətlərin oğurlanması və minlərlə dinc insanın qətlə yetirilməsi. Bütün bunlar “Qarabağ klanı”nın Ermənistanda hakimiyyəti ələ keçirməsinə imkan verdi. Biz heç vaxt 1988-ci ildən əvvəlki kimi olmayacağıq.

Köhnə hakimiyyətdə və “Qarabağ klanı”nda nə qədər narkoman, cinayətkar olduğunu anlayanda Ermənistan üçün qorxu yaranır. Bu insanlar qonşularımızdan yüz dəfələrlə pisdirlər. Bu, bizim dərdimizdir.

Ən pis pislik yalandır. Köhnə Ermənistanın, Qarabağın iqtidarında olan insanların 90%-i bizə yalan danışırdı. Onlar yalanları ilə əsgərlərimizi öldürən bir dəstə adamdır. Hər şey haqda həmişə yalan danışırdılar”, – Bağdasaryan qeyd edib.

Roman Göytürk,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*