Ronaldu klub karyerasında 700-cü qolunu vurdubackend

Ronaldu klub karyerasında 700-cü qolunu vurdu

İngiltərənin “Mançester Yunayted” klubunun hücumçusu Kriştiano Ronaldu klub karyerasında 700-cü qolunu vurub.

KONKRET.az xəbər verir ki, portuqaliyalı ulduz futbolçu İngiltərə çempionatının 10-cu turunda “Everton”la səfər matçında 44-cü dəqiqədə vurduğu qolla bu rekorda imza atıb.

Xatırladaq ki, futbolçu ən çox “Real Madrid”də çıxış edərəkən fərqlənib. İspaniya klubundakı karyerası ərzində o, qapılara 450 dəfə yol tapıb.

Ronaldu “Mançester Yunayted”də 144, İtaliyanın “Yuventus”unda da 101, Portuqaliyanın “Sportinq” klubunda çıxış edərkən isə cəmi beş dəfə qol vurub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*