“Ruben Vardanyanın istefasını Paşinyan tələb edib” – Qalstyanbackend

"Ruben Vardanyanın istefasını Paşinyan tələb edib" - Qalstyan

Ruben Vardanyanın istefası məsələsi Paşinyanın tələbi ilə qaldırılıb”.

KONKRET.az xəbər verir ki, bunu Qarabağdakı qondarma qurumun “deputat”ı David Qalstyan deyib.

“Nikol Paşinyan Ruben Vardanyanın Qarabağda işləməsini istəmir. Dövlət nazirinin istefası məsələsi Ermənistanın baş nazirinin tələbi ilə qaldırılıb, çünki Vardanyan son vaxtlar Paşinyana qarşı çıxıb.

Söhbət Ruben Vardanyandan getmir. Ruben Vardanyan “vəzifə”yə gələndən Nikol Paşinyan qarşı çıxıb və problemlər yaranıb. Vardanyan dedi ki, biz Ermənistandan təkcə maliyyə və humanitar yardım gözləmirik, Ermənistan mövcud vəziyyəti həll etmək üçün çox daha ciddi işləməlidir, hətta hərbi yola əl atmalıdır. Və bu, Nikol Paşinyanın xoşuna gəlmədi”, – deyə Qalstyan bildirib.

Xatırladaq ki, yanvarın 14-də Arayik Arutyunyanın Ruben Vardanyanı tutduğu “vəzifə”dən azad edəcəyi barədə şayiələr yayılıb. Buna görə növbədənkənar “seçki”lərin keçirilməsinə hazırlıq gedirdi.

Lakin yanvarın 16-da Arayik Arutyunyan deyib ki, Qarabağda daxili siyasi böhran yoxdur”, – deyə Qalstyan bildirib.

Aldığımız son məlumata görə, qondarma qurumda təcili “seçki”lər Rusiya tərəfindən təhlükəsizliyə zəmanət verilmədiyi üçün keçirilməyib. Rusiay sülhməramlıların separatçıları qoruya bilməyəcəyini etiraf edib. Bundan sonra Vardanyanın qovulması məsələsi hələlik təxirə salınıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*