Müğənni Rüfət Axundov dələduzların qurbanı olub.
KONKRET.az olay.az-a istinadən xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu “İncə səhər” verilişində danışıb.
Axundov başına gələn hadisəni belə nəql edib:
“Süni intellektlə bir sıra şəxslər səsləri dəyişib dələduzluq edirlər. Düşünün, səs o qədər oxşayır ki… Elə bil ki, misal üçün, Nadir Qafarzadənin səsi ilə mənə zəng vururlar. Mən də həmin saxtakarların qurbanı oldum. Başıma iş gəldi və aldadıldım”.