ABŞ Prezidenti Donald Tramp BMT-nin Tehrana qarşı sanksiyalarının birtərəfli qaydada bərpası üçün mübahisəli müddəadan faydalanacağını vəd edib.
KONKRET.az-ın yerli KİV-ə istinadən məlumatına görə, buna səbəb İran Prezidenti Həsən Ruhaninin ABŞ-ın Tehrana silah embarqosunu uzatmaqla bağlı BMT TŞ-də “alçaldıcı məğlubiyyətə” uğradığını bildirməsi olub.
“Biz embarqonu bərpa edəcəyik. Gələn həftə siz bunun şahidi olacasınız”, – D.Tramp mətbuat konfransında deyib.
Bundan əlavə, Donald Tramp ABŞ-ın 2015-ci ildə bağlanmış İranla nüvə sazişindən çıxmasına baxmayaraq, hələ də onun iştirakçısı olduğunu bildirib.
virtualaz.org
