Rus diplomatiyasının xəyanəti: Xruşşovdan Qreçkoya qədərbackend

Rus diplomatiyasının xəyanəti: Xruşşovdan Qreçkoya qədər

Düz 62 il əvvəl Sov.İKP Mərkəzi Komitəsinin Rəyasət Heyəti Nikita Xruşşovun birinci katib, Mərkəzi Komitənin Rəyasət Heyətinin üzvü və Nazirlər Sovetinin sədri vəzifələrindən azad edilməsi barədə xahişini təmin etmək qərarına gəldi.

Təxminən bir ay sonra, noyabrın 7-də keçirilən qəbul zamanı SSRİ-nin müdafiə naziri, marşal Rodion Malinovski Çin Xalq Respublikasının Baş naziri Çjou Enlayla söhbətində çinlilərin də özlərinin “axmaq rəhbərindən” — Mao Tszedundan xilas olmalı olduqlarını deməyə başladı.

Ertəsi gün səhər Brejnev və Mərkəzi Komitənin Rəyasət Heyətinin daha bir neçə üzvü çinlilərdən üzr istəmək üçün onların yanına gəldi. Özü də bu, noyabrın 8-də, ziyafətdən sonrakı səhər baş vermişdi!

Çjou Enlay isə bir daha heç vaxt Moskvaya gəlməyəcəyinə and içdi. Mao Tszedun ölənə qədər Çin rəhbərlərindən heç biri SSRİ-yə səfər etmədi.

Malinovskini müdafiə naziri vəzifəsində əvəz edən marşal Andrey Qreçko da bir neçə il sonra hərbi diplomatiyanın necə olmamalı olduğuna dair nümunə göstərdi.

Altıgünlük müharibənin başlamasına üç gün qalmış SSRİ xarici işlər naziri Andrey Qromıko və Nazirlər Sovetinin sədri Aleksey Kosıgin Misirin hərbi naziri Bədrana Moskvada dəfələrlə eyni mövqeni çatdırırdılar. Bu mövqe razılaşdırılmış və təsdiqlənmişdi: “SSRİ Misirin hərbi əməliyyatlara başlamasını dəstəkləməyəcək”.

Lakin dördüncü gün müdafiə naziri Qreçko yola salınarkən həmkarı Bədrana qəfildən Misirin tərəfində müharibəyə qoşulacaqlarına söz verdi.

Nəticədə, məlum olduğu kimi, Misir hücumu iyunun 7-nə planlaşdırdı, İsrail isə iyunun 5-də hücuma keçdi.

Misirli general-mayor Bədranla feldmarşal Əmir bütün günü prezident Camal Əbdül Nasirə Misir ordusunun guya uğurla irəlilədiyi barədə yalan məlumatlar verdilər. Ertəsi gün isə ənənəvi qaydada Nasirin yerini tutmağa hazırlaşmağa başladılar.

Sonradan ev dustaqlığında saxlanılan Əmir güclü zəhər taparaq həyatına son qoymağı bacardı. Bədran isə ömürlük həbs cəzasına məhkum edildi, amnistiya ilə azadlığa çıxdı və Londona qaçdı.

Marşal Qreçko Moskvada yola salınarkən bir-iki artıq söz deməsəydi, bəlkə də hadisələrin gedişi başqa cür olardı…

Hazırladı Ağagül Mürsəlov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*