Səudiyyə Ərəbistanından husilərə zərbə – 2 raket qurğusu məhv edildibackend

Səudiyyə Ərəbistanından husilərə zərbə – 2 raket qurğusu məhv edildi

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi hərbi koalisiya Yəmənin şimalında, Səada əyalətində husilərə məxsus iki ballistik raket qurğusunu məhv edib.

KONKRET.az xəbər verir ki, bu barədə KİV məlumat yayıb.

Məlumata görə, husilərin mövqelərinə zərbə ötən gecə endirilib. Həmin vaxt Səudiyyə Ərəbistanının Xamis-Muşayt və Abha şəhərlərində hava həyəcanı elan olunub.

Yaxın Şərq mediası ABŞ-ın “The Wall Street Journal” qəzetinə istinadən İranın husilərə kəşfiyyat və hərbi dəstək göstərdiyini də yazır. Bildirilir ki, Tehran beynəlxalq səviyyədə tanınan Yəmən hökumətinin qüvvələrinə və Səudiyyə Ərəbistanına qarşı mübarizə aparan husilərə yardım edir.

Qəzetin Səudiyyə Ərəbistanı və Yəmənin rəsmi qurumlarının kəşfiyyat məlumatları ilə tanış olan mənbələrə istinadən yaydığı məlumata əsasən, İran husilərin raket zərbələrini və pilotsuz uçuş aparatları ilə hücumlarını əlaqələndirməsinə kömək edir, onlara kəşfiyyat məlumatları ötürür.

Bundan başqa, Tehranın husilərin döyüşçülərinin hazırlanmasına yardım etdiyi və onlara taktiki dəstək göstərdiyi iddia olunur.

Günay Əli

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*