Rus diplomatlar üçün “PİS SƏHƏR” – Partlayış və həyəcan siqnalı səsinə oyandılar – VİDEObackend

Rus diplomatlar üçün "PİS SƏHƏR" - Partlayış və həyəcan siqnalı səsinə oyandılar - VİDEO

Varşavada fəallar səhər saat 6-da rus diplomatlarını partlayış və həyəcan siqnalı səsləri ilə oyadlıblar.

KONKRET.az xəbər verir ki, bu barədə ukraynalı hüquq müdafiəçisi Natalka Pançenko məlumat verib. O, aksiya zamanı çəkilmiş görüntüləri Facebook-da yerləşdirib.

Belə ki, Polşada rusiyalı diplomatlar üçün “pis səhər” təşkil edilib.

Paytaxt Varşavada polşalı və ukraynalı fəallar Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinin ildönümü ilə bağlı aksiya keçirib. Onlar səhər saat 6-da partlayış və həyəcan siqnalı səsləri ilə rus diplomatlarını oyadıblar.

Bundan başqa, Rusiya səfirliyinin əməkdaşlarının yaşadığı binanın yaxınlığında üzərində “Rusiya terrorçu dövlətdir” yazısı olan plakat yerləşdirilib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*