Rus ordusunun daha bir VƏHŞİLİYİ – Ukraynalıya elektrik cərəyanı ilə İŞGƏNCƏ VERDİLƏR – VİDEObackend

Rus ordusunun daha bir VƏHŞİLİYİ - Ukraynalıya elektrik cərəyanı ilə İŞGƏNCƏ VERDİLƏR - VİDEO

Rus ordusunun Ukraynada törətdikləri cinayət epizodlarının növbəti görüntüsü yayılıb.

KONKRET.az-ın məlumatına görə, Rusiya hərbçiləri işğal etdikləri Ukrayna torpaqlarında yaralanaraq və ya təsadüfən əsir düşən ukraynalılara, xüsusən də hərbçilərə işgəncə və zor tətbiq edirlər. Onlar əsirlərin dırnaqlarını çıxarır, əlini, qolunu, ayağını, qabırğalarını sındırır, yaralarına və bədəninə elektrik cərəyanı buraxır, ölümcül döyür, hətta təcavüz edirlər.

Bəziləri bunlara tab gətirməyərək dünyasını dəyişir, bəzilərini isə ruslar öldürürlər. Öldürmədiklərini isə işgəncə altında əvvəlcədən hazırlanmış mətnləri oxumağa vadar edib, lentə alırlar.

Bu günlərdə bunlara sübut kimi yeni video yayılıb. Rusiya hərbçiləri yerli sakinə elektrik cərəyanı ilə işgəncə verib, sonra isə elektrik naqilini belə ayırmadan onu videoya çəkiblər.

Rusların çoxsaylı işgəncə fraqmentləri sosial mediada qəzəblə qarşılanır.

Həmin görüntüləri təqdim edirik:

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*