Rusiya bayrağı Xerson administrasiyasının binasından YOXA ÇIXDI – VİDEObackend

Rusiya bayrağı Xerson administrasiyasının binasından YOXA ÇIXDI - VİDEO

Xersonda vilayət administrasiyasının binasından Rusiya bayrağı yoxa çıxıb.

KONKRET.az xəbər verir ki, bu barədə noyabrın 3-də yerli ictimaiyyət təsdiqedici fotolar yerləşdirərək məlumat verib.

O cümlədən, bu barədə ukraynalı bloger və siyasətçi Anatoli Şariy yazır. Məlumatı “Hərbi Xəbərçi” teleqram kanalı təsdiqləyir.

Daha bir təsdiq Telegram kanalı Readovka-dan gəldi. Portalın müxbiri qeyd edir ki, hələlik Xerson hakimiyyətindən heç bir aydın izahat alınmayıb.

Sovet İttifaqı Qəhrəmanı Vasili Margelovun abidəsinin də Xersondan çıxarıldığı bildirilir. O, Suvorov, Uşakov və Potyomkinin abidələrinin ardınca evakuasiyanı izləyib.

Qeyd edək ki, Rusiya nəzarət-buraxılış məntəqələri də Xersondan yoxa çıxmağa başlayıb. Artıq sosial şəbəkələrdə ukraynalıların rus keçid məntəqələri olmadan Xerson sərhədləri yaxınlığında sərbəst hərəkət etdiyi video yayılıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*