“Rusiya çoxdandır ki, Cənubi Qafqazı özünün təsir dairəsi kimi qəbul etmir” – Dmitri Treninbackend

“Rusiya çoxdandır ki, Cənubi Qafqazı özünün təsir dairəsi kimi qəbul etmir” – Dmitri Trenin

Brüssel görüşündən sonra ermənilərin bir qədər fəallaşması və Qarabağda başladıqları aksiyaların arxasında müəyyən qüvvələrin durması təsadüfi deyil. Separatçılara verilən dəstək, onları küçələrə çıxmağa məcbur edən qüvvələr regionda münaqişənin davam etməsində maraqlıdır. Brüssel görüşü ərəfəsində Rusiya XİN-nin bəyanatı da bir daha göstərdi ki, rəsmi Moskvanın Azərbaycan Ermənistan danışıqlarına yanaşması fərqlidir. Siyasi ekspertlərin  də qənaətincə Rusiya Cənubi Qafqazda qalmaq üçün sona qədər mübarizə aparacaq. Rusiyalı professor Dmitri Trenin ölkəsinin Azərbaycan Ermənistan münaqişəsindəki mövqeyi barədə danışarkən bildirib ki, sülh müqaviləsinin bağlanması Rusiyanın Cənubi Qafqazdan çıxmasını tezləşdirəcək.

“Rusiya Qərbin Cənubi Qafqazda sülh axtarışına etiraz etmir, əksinə, onun müəyyən üstünlüklərə malik olmasını istəyir. Hesab edirəm ki, bu, qeyri-rəsmi mövqedir, amma mənə belə gəlir.

Bir növ tarazlıq axtarmaq lazımdır ki, Rusiya ən azı müəyyən prioritetdən istifadə etsin. Axı o, region coğrafi baxımdan Rusiyaya çox yaxındır və uzun müddətdir ki, bu prosesdə liderdir. Yeri gəlmişkən, Minsk Qrupu çərçivəsində Rusiya Qərb dövlətləri ilə kifayət qədər yaxşı əməkdaşlıq edirdi. Ona görə Qərblə Rusiya arasında başqa yerlərdə olduğu kimi ziddiyyətlər yox idi. Deməli, bu, konkret mövqelərdən daha çox prioritet məsələdir.

O ki  qaldı tənzimləmənin özünə, konturlarına, tənzimləmə şərtlərinə, düzünü desəm, bu gün onun haqqında ciddi danışmaq üçün bütün reallıqları dərindən təhlil etmək  lazımdır. Düzünü desəm, çox təfərrüatları bilmirəm və özümdən də fantaziya uydurmaq istəməzdim”.

Rusiyanın Cənubi Qafqazda, Ermənistanda qalma perspektivinə toxunan Dmitri Trenin bildirib ki, Rusiyanın regionu tərk etmək planı yoxdur və buna baxmayaraq, rəsmi Moskva Ermənistanı öz təsir dairəsinin bir hissəsi hesab etmir.

“Rusiya çoxdandır ki, Cənubi Qafqazı öz maraqlarının müstəsna sahəsi və daha çox təsir dairəsi kimi qəbul etmir. Qərb mətbuatında Rusiya haqqında belə bir anlayış olsa belə, Rusiyada ondan istifadə edilmir. Söhbət təsir dairəsindən yox, maraq dairəsindən gedir.

Maraq dairəsinə gəlincə, Rusiya üçün həqiqətən vacib olan bəzi maraqlar var. Məsələn, mən düşünmürəm ki, Rusiya bu gün Gümrüdən hərbi bazasını çıxarmağa hazır olsun. Düşünürəm ki, Rusiya Ermənistanın KTMT-dən və ya Avrasiya İqtisadi İttifaqından çıxmasını istəmir.

Hazırkı reallıqda Ermənistan Rusiyanın dünyaya açılan pəncərələrdən birinə çevrilib. Bu, artıq real köməkdir. Əvvəllər Sovet İttifaqı Finlandiya vasitəsilə çox şey alırdı. İndi Ermənistan Rusiya üçün eyni funksiyanı yerinə yetirir.

Sanksiyaların tüğyan etdiyi bir vaxtda Rusiya Ermənistanın qayğısını daim hiss edir.

Azərbaycana gəldikdə, Rusiyanın Azərbaycanla münasibətlərdə maraqlı olduğunu düşünmürəm. Eyni zamanda, Azərbaycan ərazisindən quru marşrutu keçən ölkədir. Yəni Rusiya Bakı ilə münasibətləri simvolik olaraq gücləndirmək üçün regionda müəyyən çəkişmələrə getməyə hazırdır. Ona görə də vəziyyət mürəkkəbdir. İndi Rusiyanın Cənubi Qafqazın problemləri ilə məşğul olmağa nə resursu, nə də vaxtı var. Rusiya vəziyyəti tam nəzarət altına almaq iqtidarında deyil və olmayacaq. Həm də rəqibləri ötmək üçün resursları yoxdur. Olsaydı, onları regiona buraxmazdı. Bugünki vəziyyət iki geoiqtisadi dəhlizdən ibarətdir – biri İrəvan  hava limanından, digəri Azərbaycan ərazisindən keçir”,- deyə Dmitri Trenin bildirib.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*