“Rusiyada qarışıqlıq olsaydı, Qərb bundan istifadə edəcəkdi. Fikrimcə, Rusiya dağılsa, hamımız dağıntılar altında qalıb öləcəyik”.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
O, “Vaqner”in ölkə administrasiyasına qarşı üsyanı zamanı Belarus ordusunu müharibəyə hazır vəziyyətə saldığını bildirib:
“Rusiyada hadisələr cərəyan edərkən mən Belarus ordusuna döyüşə hazır vəziyyətə keçməyi tapşırdım. Ordu, Silahlı Qüvvələr, polis, xüsusi təyinatlılar döyüşə hazır vəziyyətə gətirildi”.
