Rusiya DİN teleaparıcını axtarışa verdibackend

Rusiya DİN teleaparıcını axtarışa verdi

Rusiya Federasiyası Daxili İşlər Nazirliyi teleaparıcı Tatyana Lazarevanı axtarışa verib.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, onun axtarışa verilməsi haqqında bildiriş iyunun 13-də məlumat bazasına daxil edilib.

Bir qədər əvvəl Dövlət Dumasının Mədəniyyət Komitəsinin sədri Yelena Yampolskaya Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnova ünvanlanmış müraciətində Tatyana Lazarevanın fəaliyyətinin araşdırılmasını xahiş etmişdi. Deputat teleaparıcının son müsahibədə Ukraynanın mövzusunda “həddini keçdiyini” iddia edib.

Xatırladaq ki, Tatyana Lazareva ötən ilin dekabrından İspaniyada yaşayır.

Orxan

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*