Rusiya gəmiləri 30 ildə ilk dəfə göyərtəsində taktiki nüvə silahı ilə DƏNİZƏ ÇIXDIbackend

Rusiya gəmiləri 30 ildə ilk dəfə göyərtəsində taktiki nüvə silahı ilə DƏNİZƏ ÇIXDI

Rusiya Şimal Donanması 30 ildə ilk dəfə göyərtəsində taktiki nüvə silahı ilə dənizə çıxmağa başlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə Norveç kəşfiyyatı məlumat yayıb. Bildirilir ki, Rusiya Şimal Donanmasının gəmiləri Soyuq Müharibə bitdikdən sonra ilk dəfə göyərtəsində taktiki nüvə silahları ilə dənizə çıxıb.

“Nüvə potensialının mərkəzi hissəsi Şimal Donanmasının sualtı qayıqlarında və yerüstü gəmilərdə yerləşir.

Nüvə silahları NATO ölkələrinin iştirak edə biləcəyi əməliyyatlar seçimlərində xüsusilə ciddi təhlükə yaradır”, – deyə kəşfiyyat xidmətinin sənədində deyilir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*