Rusiya Gürcüstana təzminat ödəməyə məcbur edilib.
KONKRET.az xəbər verir ki, Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Rusiyanı Gürcüstana təqribən 130 milyon avro təzminat ödəməyə məcbur edib.
Rusiya 2008-ci ildə Gürcüstanın işğalı nəticəsində vətəndaşlara dəyən pozuntulara və itkilərə görə təzminat ödəyəcək.
Bu, 2008-ci il müharibəsi ilə bağlı Gürcüstanın Rusiyaya qarşı iddiası üzrə əlavə qərardır.
Gürcüstanın mülki əhalisinə işgəncələr və qətlə yetirilməsi, hərbi əsirlərə işgəncə verilməsi, özbaşına həbslər, talan və s. halların baş verdiyi bir sıra epizodlara görə kompensasiya ödənilməlidir.
Qeyd olunur ki, ən azı 23 min insan zərər çəkib.
Xuraman Etibarlı,
KONKRET.az
