Rusiya ilə bağlı xüsusi tribunal yaradılacaq – QƏRARbackend

Rusiya ilə bağlı xüsusi tribunal yaradılacaq - QƏRAR

Avropa Parlamenti bu gün, yanvarın 19-da Rusiyanın Ukraynaya qarşı cinayəti üzrə xüsusi tribunalın yaradılması barədə qərar qəbul edib.

KONKRET.az xəbər verir ki, deputatlardan 472-si qərarın lehinə səs veriblər. 19 parlementari qərarın əleyhinə çıxıb, 33 nəfər isə bitərəf qalıb.

Qətnamədə deyilir ki, 2014-cü ilin fevral ayından etibarən Rusiya Ukraynaya qarşı qeyri-qanuni və əssassız müharibə aparır: “2022-ci il fevralın 24-də bu müharibə Rusiyanın kütləvi işğalı ilə yenidən başladı”.

Qeyd edilib ki, Rusiya Federasiyasının Ukraynaya qarşı təcavüzkar müharibəsi BMT Nizamnaməsinin, beynəlxalq hüququn əsas prinsiplərinin və müxtəlif kobud şəkildə pozulmasıdır.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski və xarici işlər naziri Dmitro Kuleba qərarı alqışlayıb və buna görə Avropa Parlementinə təşəkkür ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*