“Aİ-nin yeni, 14-cü sanksiyalar paketi Rusiya neft tankerlərinin Avropa limanlarına çıxışını əngəlləyəcək”.
KONKRET.az xəbər verir ki, bunu Hollandiyanın xarici işlər naziri Hanke Bruins Slot X mikrobloqunda yazıb.
O bildirib ki, bu sanksiyalar paketi sayəsində kölgə donanmalarının Avropa limanlarına çıxışı qadağan edilə bilər.
“Mən Aİ-nin Rusiyaya qarşı 14-cü sanksiyalar paketi ilə bağlı bugünkü razılaşmanı alqışlayıram. Paket Hollandiyanın güclü şəkildə müdafiə etdiyi bir sıra mühüm tədbirləri, o cümlədən Rusiyanın kölgə donanmasına qarşı sərt repressiya və sanksiyaları ehtiva edir. Bu, Putinin döyüş maşınının işini xeyli ləngitəcək”, – Hanke Bruins Slot qeyd edib.
Burhan,
KONKRET.az
