Rusiya “öz gözündə tiri görmür, başqasının gözündə tük axtarır” – ŞƏRHbackend

Rusiya "öz gözündə tiri görmür, başqasının gözündə tük axtarır" - ŞƏRH

Erməni-daşnak təbliğatçıları ənənəvi alçaq planını işə salıb. Belə ki, Rusiya ilə Azərbaycan arasında nifaq salmaq üçün ermənilər bütün yollardan istifadə edir.

KONKRET.az xəbər verir ki, bu barədə teleqram kanallarının Azərbaycan seqmentində yayılan şərhlərdən birində qeyd edilib.

Bildirilir ki, çox çirkin, lakin ermənilər üçün xarakterik olan bir üsulla – millətlərarası düşmənçiliyin qızışdırılması ilə (erməni-daşnaklar bu işdə çox yaxşıdır) mühüm plan həyata keçirilir.

Vurğulanır ki, azərbaycanlılarla ruslar arasında etnik nifrət və düşmənçiliyin qızışdırılmasının arxasında erməni diasporasının dayandığı heç kimə sirr deyil. Lakin erməni diasporu tərəfindən millətlərarası düşmənçiliyin qızışdırılmasına dair açıq-aşkar faktlara baxmayaraq, Rusiya hələ də onlar barədə adekvat tədbirlər görmür.

Şərhdə deyilir ki, İsfəndiyar Vahabzadə Azərbaycan hakimiyyətinin nümayəndəsi deyil və heç bir şəkildə dövləti və xalqı təmsil edə bilməz. Çünki onun dedikləri şəxsi fikirləridir.

Azərbaycanda Vahabzadəni qınayanlar az deyil. Jirinovskini təhqir etdiyinə görə yox (o, buna layiq idi), rus millətini təhqir edən ifadələr işlətdiyinə görə.

Yazıda Vahabzadəyə qarşı cinayət işinin başlanıb-başlanmamasına da münasibət bildirilib: Vahabzadə cəzalansınmı? Bəli, heç bir problem yoxdur, yalnız bu şərtlərlə.

  1. Azərbaycanlıları qoyun adlandıraraq təhqir edən Dövlət Dumasının deputatı Vladimir Jirinovski də cəzalandırılmalıdır.
  2. Azərbaycanlıları vəhşi adlandıraraq onları təhqir edən Dövlət Dumasının deputatı Vitali Milonov haqqında ciddi ölçü götürülməlidir.
  3. Ermənipərəst jurnalist Timofey Ermakov dəfələrlə azərbaycanlıları təhqir edib və azərbaycanlılara qarşı etnik nifrət qızışdırmaqla məşğuldur.
  4. Dəfələrlə azərbaycanlıları təhqir edən və azərbaycanlılara qarşı etnik nifrət qızışdırmaqla məşğul olan “Komsomolskaya Pravda” nəşrinin müxbiri Aleksandr Kots da cəzadan kənarda qalmamalıdır.
  5. Rusiya vətəndaşı Aram Aşotoviç azərbaycanlılara qarşı etnik nifrət qızışdırmaqla məşğuldur. O, Rusiyada azərbaycanlılara qarşı etnik nifrət oyatmaqla məşğul olan çoxlu sayda kütləvi informasiya vasitələrinin layihələrinə nəzarət edir.

Siyahını uzatmaq da olar. Amma mahiyyəti aydındır: Rusiya öz gözündə tiri görmür, başqasının gözündə tük axtarır.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*