backend

Rusiya Paşinyanı diz çökdürəcək – İrəvana TƏLƏB GÖNDƏRİLDİ

Rusiya Dövlət Duması Ermənistanın baş naziri Nikol Paşinyandan “İsgəndər” taktiki raket sistemlərinin keyfiyyəti ilə bağlı şikayətlərə görə, üzr istəməyi tələb edib.

KONKRET.az publika.az-a istinadən xəbər verir ki, Dumanın Müdafiə Komitəsi sədrinin birinci müavini Aleksandr Şerin “Daily Storm”a müsahibəsində bu barədə danışıb.

O bildirib ki, Paşinyan Rusiya silahlarını tənqid edərək Qafqazdakı münaqişədə günahsız olduğunu vurğulamaq istəyib. Amma baş nazir açıq şəkildə üzr istəməlidir.

“Şübhəsiz ki, Paşinyan baş verənlərin cavabdehlərini tapmalıdır. Ancaq bu cür açıqlamalardan sonra dərhal ikitərəfli komissiya yaratmağa dəyər, çünki Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Rusiya Federasiyasına qarşı bu açıqlama silahlarımızın və bütün ölkənin nüfuzuna çox ciddi zərbə vura bilər”, – deyə Şerin bildirib.

Dövlət Dumasının Müdafiə Komitəsi sədrinin birinci müavini hesab edir ki, əvvəlcə öyrənmək lazımdır, Paşinyan “İsgəndər”in taktiki və texniki xüsusiyyətlərini, ümumiyyətlə, oxuyubmu və bu raketin nə üçün istifadə edildiyini bilirmi:

“Şikayətin nə olduğunu başa düşmürəm. Yəqin ki, Paşinyanın heç vaxt hərbi məsələlərlə heç bir əlaqəsi olmayıb. Biz onun sözlərini ciddiyə almalıyıq. Bir adam belə şeylər deyirsə, yoxlama aparılmalıdır. O, iddialarını faktlarla təsdiqləməlidir. 10 “İsgəndər” raketinin buraxıldığını və yalnız birinin partladığını necə hesablamaq olar? Digər 9-u hara düşdü və partlamadı?

Məncə, Paşinyan açıq şəkildə üzr istəməlidir. Lakin o, bütün dünyaya səs saldı. Paşinyanın ifadəsi onun, ümumilikdə, hərbi məsələlərə nə qədər “dərindən” girdiyini göstərir”.

Qeyd edək ki, Nikol Paşinyan Dağlıq Qarabağda münaqişənin kəskinləşməsi zamanı “İsgəndər” taktiki komplekslərinin raketlərinin partlamadığını irəli sürmüşdü. O, silahların 80-ci illərdən qalma olduğunu demişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*