Rusiya Polşa ərazisini vurdu: 2 nəfər öldü – Fotobackend

Rusiya Polşa ərazisini vurdu - 2 nəfər öldü

Rusiyanın Ukraynaya atdığı qanadlı raket Polşa ərazisinə düşüb.

KONKRET.az xəbər verir ki, bu haqda “Caucasian Live” Teleqram kanalı məlumat yayıb.

Polşa mediasının məlumatına görə, Przevodovda (Ukrayna ilə sərhəddən 10 kilometr aralıda) taxıl qurutma zavodunda partlayış baş verib. Yanğınsöndürmə idarəsi iki nəfərin öldüyünü bildirib.

Əraziyə giriş məhdudlaşdırılıb. Hadisənin dəqiq səbəblərini və şəraitini müəyyən etmək üçün yanğınsöndürənlər və polis hadisə yerindədir. Yerli sakinlər iki partlayış səsi eşitdiklərini bildirirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*