“Rusiya səfiri XİN-ə çağırılmalıdır” – Politoloqdan “İskəndər” AÇIQLAMASIbackend

"Rusiya səfiri XİN-ə çağırılmalıdır" - Politoloqdan "İskəndər" AÇIQLAMASI

“Rusiya səfiri XİN-ə çağırılmalıdır”.

KONKRET.az xəbər verir ki, bu fikri “İsgəndər”lərlə bağlı qalmaqallar haqqında siyasi şərhçi, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu söyləyib.

Politoloq raketlərin Rusiyadan Ermənistana qanunsuz yollarla aparılması barədə deyilənlərə inanmadığını bildirib:

“Boş sözdür. Sadəcə inkarçılıq siyasəti yürüdürlər. Biz sübut kimi qalıqları göstəririk. Yalandan yaya bilərlər ki, guya Ermənistan raketləri gizli yollarla əldə edib və sair. Bu, mümkün olan məsələ deyil. Rusiya kəşfiyyatı dünyanın ən güclü kəşfiyyatlarından biridir. Necə oldu ki, belə müasir silahları zavoddan apardılar, amma gözləri görmədi? Rusiyada kosmik müşahidə sistemlərin tutmuş hər şey var. Bizim əlimizdə həmin raket qalıqları var. Biz faktı göstəririk”.

Ekspert atılmalı olan addımlardan da danışıb: “Düşünürəm ki, bu məsələni ciddi qaldırmaq lazımdır. Bu məsələ aydınlaşdırılmalıdır. İlk növbədə Rusiya səfiri XİN-ə çağırılmalıdır. Tələb olunmalıdır ki, birgə komissiya yaradılsın və məsələ araşdırılsın”./unikal/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*