Rusiyanın sülhməramlıları Ermənistanın Gorus şəhərindən Azərbaycanın Qarabağ bölgəsinə yola düşüb.
KONKRET.az xəbər verir ki, bu barədə “Aysor.am” saytı məlumat yayıb.
Qeyd edək ki, Rusiya KİV də sülhməramlılardan ibarət kortecin Qarabağ istiqamətində hərəkətini əks etdirən görüntüləri yayıb.
Xatırladaq ki, noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında atəşkəsə dair razılaşma imzalanıb.
