Əfqanıstanda Taliban hökumətinin Rusiya tərəfindən tanınması ehtimalı var.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov deyib.
Onun sözlərinə görə, Putin və Rusiya XİN bununla bağlı şərtlər irəli sürüb: “Bu şərtlərdən biri də yetkin siyasi hökumətin formalaşdırılmasıdır. Əfqan ortaqlarımıza bunu açıq şəkildə bildirmişik. Bu baş tutduqdan sonra ciddi görüşlər üçün zəmin yaranacaq”.
Kabulov qeyd edib ki, Rusiya Taliban keçici hökumətinin tanınması məsələsində ABŞ, yaxud digər ölkələrin qərarlarını gözləməyəcək.
“Taliban bizimlə əməkdaşlıqda və beynəlxalq hüquqa uyğun işləməkdə maraqlıdır”, – Putinin nümayəndəsi vurğulayıb.//Publika.az
