Rusiya taxıl sazişindən çıxdığını elan edib.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Bəyanatda bildirilir ki, Rusiya Sevastopolda Qara dəniz donanmasının gəmilərinə “hücumlardan” sonra taxıl müqaviləsindən çıxıb.
“Kiyev rejiminin Britaniya mütəxəssislərinin iştirakı ilə Qara dəniz donanmasının gəmilərinə və “taxıl dəhlizi”nin təhlükəsizliyinin təmin edilməsində iştirak edən mülki gəmilərə qarşı həyata keçirdiyi terror aktını nəzərə alaraq, Rusiya tərəfi Ukrayna limanlarından kənd təsərrüfatı məhsullarının ixracına dair imzalanmış sazişdən çıxır. Yəni Rusiya “taxıl dəhlizi”nin həyata keçirilməsində iştirakını dayandırır”, – deyə nazirlik bildirib.
Xuraman Etibarlı,
KONKRET.az
