Rusiya Telman İsmayılova görə Monteneqronu cəzalandırdıbackend

Rusiya Telman İsmayılova görə Monteneqronu cəzalandırdı

Rusiya Monteneqro tərəfindən azərbaycanlı biznesmen Telman İsmayılova siyasi sığınacaq verilməsinə görə bu ölkəyə qarşı cavab tədbiri görüb.

KONKRET.az  “TASS”a istinadən xəbər verir ki, Rusiya cavab tədbiri olaraq Monteneqronun Daxili İşlər Nazirliyinin dövlət katibi Zoran Milyaniçin Rusiya Federasiyasına girişinə qadağa qoyub.

Xatırladaq ki, T. İsmayılova qarşı 2017-ci ilin noyabrında 2 nəfər moskvalı iş adamının qətlinin sifarişi ittihamı ilə cinayət işi açılıb və İnterpol xətti ilə axtarışa verilib. T.İsmayılov 2018-ci ildə Monteneqro vətəndaşlığı alıb.

O, ötən ilin oktyabrında Monteneqroda (Çernoqoriya) saxlanılmış, elə həmin ay Monteneqro hökumətində siyasi sığınacaq aldıqdan sonra istintaq təcridxanasından sərbəst buraxılmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*