“Rusiya-Ukrayna arasında vasitəçilik səylərinin bir hissəsidir” – Zelenskinin CAR səfəri ilə bağlı İLK AÇIQLAMAbackend

"Rusiya-Ukrayna arasında vasitəçilik səylərinin bir hissəsidir" - Zelenskinin CAR səfəri ilə bağlı İLK AÇIQLAMA

Zelenski aprelin 10-da Cənubi Afrikaya səfər edəcək.

KONKRET.az xəbər verir ki, bu barədə “TASS”a Cənubi Afrika prezidentinin rəsmi nümayəndəsi Vinsent Maqvenya məlumat verib.

O qeyd edib ki, səfər Rusiya və Ukrayna arasında vasitəçilik üzrə davam edən səylərin bir hissəsidir.

“Səfər aprelin 10-na planlaşdırılıb. Bu, Cənubi Afrikanın Rusiya və Ukrayna arasında vasitəçilik üçün davam edən səylərinin bir hissəsidir”, – Maqvenya vurğulayıb.

Dəvət Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosadan gəlib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*