Rusiya Ukrayna-Polşa sərhədini vurdu – VİDEO backend

Rusiya Ukrayna-Polşa sərhədini vurdu - VİDEO 

Rusiya qüvvələri Ukraynanın Polşa ilə sərhədində yerləşən Yaqodin keçid məntəqəsi yaxınlığındakı yanacaqdoldurma məntəqəsinə dronlarla zərbə endirib.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Məlumata görə, zərbədən sonra yanacaqdoldurma məntəqəsində güclü yanğın başlayıb. Ərazidə olan bir neçə yük maşını da alovlanıb.

Hadisənin “Yaqodin–Dorohusk” beynəlxalq sərhəd-keçid məntəqəsinin yaxınlığında baş verdiyi bildirilir.

İlkin məlumata görə, hadisə nəticəsində ölən və yaralanan olmayıb.

Qeyd edək ki, Polşa Baş naziri Donald Tusk bundan əvvəl Rusiyanın Ukrayna ilə sərhəddə yerləşən keçid məntəqələrini hədəfə ala biləcəyini bildirmişdi.

Günay Əli 

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*