Rusiya Ukraynaya qarşı nüvə silahından istifadə etmək qərarına gələrsə, ABŞ Moskvaya nüvə zərbəsi endirə bilər.
KONKRET.az xəbər verir ki, bu barədə Britaniyanın “The Sun” nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, ABŞ və NATO-nun Rusiyanın nüvə silahından istifadəsinə reaksiyasının 4 variantı var:
– Rusiya Federasiyasına, o cümlədən Moskvaya qarşı cavab zərbəsi.
– Ukraynada cəbhə xəttində rus qoşunlarına hücum.
– Krıma məhdud nüvə zərbəsi.
– Rusiya Federasiyasının Qara dəniz donanmasına hücum.
Xuraman Etibarlı,
KONKRET.az
