“Rusiya Vardanyan məsələsində yaxasını kənara çəkdi, bu, Qafqaza xeyir gətirməyəcək” – Zatulinbackend

"Rusiya Vardanyan məsələsində yaxasını kənara çəkdi, bu, Qafqaza xeyir gətirməyəcək" - Zatulin

“Rusiya Vardanyan məsələsində yaxasını kənara çəkdi, bu, Qafqaza xeyir gətirməyəcək”.

KONKRET.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin “Qovorit Moskva” radiostansiyasına müsahibəsində bildirib.

“Mən bunu təbii ki, ilk növbədə Azərbaycanın təkcə Ruben Vardanyana və Qarabağa deyil, Vardanyanı müdafiə etməyən Ermənistan tərəfinə göstərdiyi təzyiqin nəticəsi kimi qiymətləndirirəm.

Vardanyan insanlarda ümidləri oyatdı. Onun istefası təbii ki, buna zərər verəcək və çoxlarını “ata-baba yurdu”nu, Qarabağı tərk etməyə sövq edəcək.

Bu, erməni xalqının tarixində ilk deyil, faciəvi nəticədir. Mən şəxsən Vardanyana iddialar irəli sürmək istəmirəm. Yəqin ki, o, bu postu qəbul etməzdən əvvəl bütün problemləri ölçüb-biçməli olub. Görünür, o, ona olan təzyiqin dərəcəsini az qiymətləndirib”, – deyə  Zatulin bildirib.

O hesab edir ki, bu işdə “barmağı olanlar” sırasına Rusiya Federasiyasını da əlavə etmək olar. Rusiyaya sonsuz tələblərlə müraciət olunurdu ki, Ruben Vardanyanı oradan getməyə məcbur edək.

“Vardanyan Ermənistan vətəndaşı olmaq üçün Rusiya vətəndaşlığını tərk etdikdən sonra biz rəsmi cavab aldıq ki, Vardanyanla, onun karyera planları ilə heç bir əlaqəmiz yoxdur. İnanıram ki, bu halda biz də rəsmi cavablar verdik və Azərbaycan tərəfi ilə mübahisə etmək istəmədik, bu məsələdən əlimizi çəkdik.

Qafqazda nədənsə əlini çəkmək gələcəkdəki mövqeyinə görə təəssüf ki, əl çəkənə heç bir fayda vermir.

Bu, Azərbaycan və Türkiyə tərəflərinin şübhələrini aradan qaldırmadı. Onlar bunda israr etməkdə davam etdilər və hətta Laçın dəhlizinin son açılışını Vardanyanın postunu tərk edib-etməyəcəyi ilə əlaqələndirdilər.

Bu tələb əslində belə yarı-rəsmi xarakter daşıyırdı. Düşünürəm ki, indi bütün baş verənlərdən sonra biz aydınlaşdıra bilərik ki, Laçın dəhlizi açılacaqmı, Laçın dəhlizinin “blokada”sı Azərbaycan ekoloqları tərəfindən götürüləcəkmi”, – Zatulin deyib.

Xuraman Etibarlı,

KONKRET.az

 

  • İsmayıl Rzayev
    Fevral 25, 2023 - 20:51

    Mən Zatulinə cavab olaraq sual verərdim 1988 ci ildə Qərbi Azərbaycanlıları dədə baba torpaqlarından qovulanda Ruslar Ermənilərə şərait yaradırdılar indi qovulma növbəsi Ermənilərindir Qarabağdan rədd olub getsinlər..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*