“Rusiya və İran arasındakı münasibətlər bütün dünya üçün ciddi problemdir” – Yair Lapidbackend

"Rusiya və İran arasındakı münasibətlər bütün dünya üçün ciddi problemdir" - Yair Lapid

Rusiya ilə İran arasındakı münasibətlər Ukrayna, Avropa və bütün dünya üçün ciddi problemdir.

KONKRET.az xəbər verir ki, bu fikri RTVI-ya müsahibəsində İsrailin baş naziri Yair Lapid deyib.

“Biz təbii olaraq düşünürük ki, Rusiya və İran arasındakı münasibətlər təkcə İsrail üçün deyil, həm də Ukrayna, Avropa və bütün dünya üçün ciddi problemdir. İran təhlükəli terrorçu dövlətdir və Rusiyanın onunla iş aparması bütün dünyanı təhlükə qarşısında qoyur”.

Lapid deyib ki, Rusiyanın Ukraynadakı hərbi münaqişədə “İran pilotsuz təyyarələrindən istifadə etməsi” tamamilə qəbuledilməzdir. “Digər tərəfdən, İsrailin beynəlxalq əlaqələri mürəkkəb məsələdir. Mən İsrailin təhlükəsizliyinin, milli təhlükəsizliyimizin qayğısına qalmaq, maraqlarımızı qorumaq və eyni zamanda bu münaqişədə Ukraynanı dəstəklədiyimizi açıq şəkildə bildirməyə borcluyam”, – deyə İsrailin baş naziri bildirib.

O, Rusiya ilə İran arasındakı münasibətləri “mürəkkəb proses” kimi qiymətləndirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*