Rusiya və Ukrayna ombudsmanları Türkiyədə görüşəcəkbackend

Rusiya və Ukrayna ombudsmanları Türkiyədə görüşəcək

Yanvarın 12-14-də Rusiya və Ukrayna ombudsmanları Türkiyədə görüşməyi planlaşdırır.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Rusiyanın İnsan Haqları üzrə məsul şəxsi Tatyana Moskalkova jurnalistlərə açıqlamasında danışıb.

O, yanvarın 12-14-də Türkiyəyə səfər edəcəyini deyib.

Türkiyədə keçiriləcək foruma müxtəlif ölkələrdən çoxlu sayda ombudsmanın qatılacağını deyən Moskalkova, “Ukrayna tərəfi ilə görüşü planlaşdırırıq. Biz görüşün mümkünlüyünü və danışıqlarımızın mümkün aparıcı gündəliyini müzakirə edirik”, – bildirib.

Qeyd edək ki, Ukrayna parlamentinin insan haqları üzrə müvəkkili Dmitro Lubinets də Türkiyədə Rusiya tərəfi ilə görüşün planlaşdırıldığını bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*