Rusiya xüsusi xidmət orqanları Vardanyana NƏ ƏMR ETDİ? – ƏTRAFLIbackend

Rusiya xüsusi xidmət orqanları Vardanyana NƏ ƏMR ETDİ? - ƏTRAFLI

Ötən ilin sonlarından Qarabağda qeyri-qanuni məskunlaşan və özünü “dövlət naziri” elan edən erməni əsilli rusiyalı milyarder Ruben Vardanyanla bağlı yeni məlumatlar daxil olub.

KONKRET.az xəbər verir ki, Moskvadakı mənbələrdən haqqin.az-a daxil olan məlumata görə, Vardanyan paytaxtda olarkən Rusiya xüsusi xidmət və hüquq-mühafizə orqanlarının nümayəndələri ilə görüşüb. O, həmçinin Kremldə prezident administrasiyasında olub. Qeyd olunur ki, danışıqlar “asan olmayıb”.

Məlum olduğu kimi, Vardanyanın Qarabağda qalmasına təkcə rəsmi Bakı etiraz etmir. Xankəndidə Vardanyan “prezident” Arayik Arutyunyanı özünə düşmən edə bilib. Qarabağ erməniləri isə “Moskvanın qonağı”nı açıq-aşkar bəyənməyib.

Milyarderin belə narahat mühitdə öz missiyasını davam etdirmək həvəsində olmaması təəccüblü deyil.

Moskvanı narahat edən məsələlər Vardanyanın birbaşa təzyiqə məruz qalması və hətta ölümlə hədələnməsi ilə nəticələnib .

Mənbələrin məlumatına görə, oliqarx missiyanı davam etdirməyə razılaşıb və sülhməramlıların avtomobili ilə Xankəndiyə qaytarılıb.

Rusiya xüsusi xidmət orqanları erməni separatizminin ikinci dalğasını hazırlayır.

Və daha bir maraqlı detal. İndiyədək rəsmi İrəvanın Vardanyanı həzm etmədiyi anlayaışı qəbul edilirdi.

Belə ki, müxtəlif mənbələr onunla Nikol Paşinyan arasında gərginliyin olduğu, hətta Baş nazirin milyarderin Qarabağı tərk etməsini dəfələrlə tələb etdiyi barədə dəfələrlə məlumat yayıb. Lakin bu məlumat təsdiqini tapmayıb.

Nəticə etibarı ilə bir çox müşahidəçilər hesab edir ki, bu, əvvəlcədən “qurulmuş oyun”dur.

Putinin himayədarlarına açıq düşmənçilik nümayiş etdirən Paşinyan, onun köməyi ilə Qərb tərəfdaşlarından daha da çox dəstək almağa çalışır.

Eyni zamanda, heç kimə sirr deyil ki, Qərbin bəzi dairələri Kremlin nümayəndəsinin Xankəndidə qalaraq yenidən baş qaldıran erməni separatizminə “ikinci nəfəs” verməsində maraqlıdırlar.

Və nəhayət, Moskvanın Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan Azərbaycan ərazisində proseslərə fəal şəkildə müdaxilə etdiyini və bununla bağlı sabitliyi pozmaq üçün yeni planlar hazırladığını göstərən daha bir fakt.

Moskvada qısamüddətli səfərdə olan separatçıların lideri Arayik Arutyunyan qayıdan kimi “Arsax” konstitusiyasının” dəyişdirilməsi qərarını açıqlayıb. Artıq qondarma “parlament”in müzakirəsinə təqdim edilib.

Dəyişikliklərin mahiyyəti ondan ibarətdir ki, əgər hərbi vəziyyət tətbiq olunarsa, “prezident” istefa verərsə, separatçıların qondarma “parlament”i yeni “prezident” seçmək hüququna malik olur.

Lakin “konstitusiya”ya edilən bu düzəliş heç də Arutyunyanın istefaya getməyə hazırlaşdığını sübut etmir. Əksinə, xəbərlərə görə, Moskva ona vəzifəsində qalmağı tapşırıb.

Hər halda, Xankəndidəki son hadisələrin və Ruben Vardanyanın məcburi şəkildə Qarabağa qayıtmasının vəziyyətin daha da gərginləşməsinə gətirib çıxaracağı göz qabağındadır. Azərbaycanlı ekoloji fəallar əsas tələblərindən biri yerinə yetirilənə qədər aksiyaları davam etdirmək əzmindədirlər. Yəni, Vardanyan bölgə ərazisini tərk edənə qədər.

Azərbaycan Rusiyanın sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərdə baş verən prosesləri diqqətlə izləyir. Eyni zamanda, Azərbaycan ilkin mövqeyinə sadiq qalır – erməni separatizmini qızışdırmaq cəhdlərinin qarşısı qətiyyətlə alınmalıdır.

Xuraman Etibarlı,

KONKRET.az

  • Namiq
    Fevral 15, 2023 - 12:30

    Son baş verənlər: Sumqayıt hadisələri, 20 yanvar, Xocalı soyqırımı, 9 noyabr ….. və daha nələr baş verməlidir ki, biz ayılaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*