Rusiya Yaponiyadan dəniz məhsulları idxalını məhdudlaşdıracaqbackend

Rusiya Yaponiyadan dəniz məhsulları idxalını məhdudlaşdıracaq

Rusiya Yaponiyadan balıq və dəniz məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq edəcək.

KONKRET.az xəbər verir ki, bu barədə Rosselxoznadzor məlumat yayıb.

“Ehtiyat tədbiri olaraq, 2023-cü il oktyabrın 16-dan Rosselxoznadzor Yaponiyadan balıq və dəniz məhsullarının idxalı ilə bağlı ÇXR-in müvəqqəti məhdudlaşdırıcı tədbirlərinə qoşulur”, – məlumatda deyilir.

Bildirilir ki, məhdudiyyətlər dəniz məhsullarının təhlükəsizliyini və Avrasiya İqtisadi İttifaqının tələblərinə uyğunluğunu təsdiq etmək üçün zəruri olan hərtərəfli məlumatların təqdim edilməsindən, habelə onun Rosselxoznadzor mütəxəssisləri tərəfindən təhlilindən əvvəl həyata keçirilir.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*