backend

Rusiya Yaponiyanın sanksiyalarına əhəmiyyət vermir

Rusiya Yaponiyanın sanksiyalarını “toksik ölkə”nin “boş ifadəsi” adlandırıb.

KONKRET.az xəbər verir ki, “Rostek” dövlət korporasiyasının mətbuat xidməti Yaponiyanın tətbiq etdiyi sanksiyaları sadəcə “boş söz” adlandırıb və insanları “toksik ölkələrin” bəyanatlarına diqqət yetirməyi dayandırmağa çağırıb.

Xatırladaq ki, Yaponiya hakimiyyəti əvvəllər “Rostek”in bir neçə törəmə müəssisəsinə qarşı sanksiyalar tətbiq etmişdi.

“Zəhərli ölkələrlə olduğu kimi, zəhərli insanlarla mübarizə aparmağın da bir yolu var: onlara məhəl qoymamaq. Artıq bir neçə il əvvəl qadağan oluna biləcək şeyi qadağan etdilər. Bütün bu yeni mənasız sanksiya paketləri iradəsizlikdən irəli gəlir, onlar çoxdan boş ifadəyə çevrilib”, – dövlət korporasiyası təsdiqləyib.

Qeyd edək ki, rəsmi Tokio bundan əvvəl Rusiyadan olan 41 şirkətə qarşı sanksiya tətbiq etmişdi. Tam siyahı Yaponiya Xarici İşlər Nazirliyinin saytında dərc olunub. Digərləri arasında “Tupolev” ASC və “Uralvaqonzavod”un rəhbəri Aleksandr Popov da var idi.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*