Rusiya yeni “Volqa”ların istehsalına başladıbackend

Rusiya yeni "Volqa"ların istehsalına başladı

“Yeni “Volqa” modeli Volkswagen və Skoda avtomobillərinin istehsal keyfiyyətinə uyğun olacaq və adıçəkilən markalarla rəqabət aparmaq gücündədir”.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, bu sözləri Nijni Novqorod vilayətinin qubernatoru Qleb Nikitin deyib.

O qeyd edib ki, “Volqa” seriyasına D sinifli sedan Volga C40, yığcam K30 və orta ölçülü K40 daxildir.

“QAZ” loqosu ilə istehsal olunacaq yeni modellər Çin avtomobil istehsalçısı Changan-ın modelləri əsasında hazırlanacaq. Nikitin onu da əlavə edib ki, yeni “Volqa” modelləri dövlət qurumları üçün maraqlı ola bilər.

Orxan

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*