Rusiya Zelenskinin təsis etdiyi studiyanı məhv etdi – VİDEObackend

Rusiya Zelenskinin təsis etdiyi studiyanı məhv etdi – VİDEO

Rusiya qüvvələrinin Kiyevə endirdiyi raket zərbəsi nəticəsində Ukraynanın “Kvartal 95” studiyasına məxsus bütün rekvizitlər məhv edilib.

KONKRET.az globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Strana.ua” məlumat yayıb.

Məlumata görə, studiyanın anbarında qrupun konsertlərdə, eləcə də televiziya proqramları, filmlər və serialların çəkilişlərində istifadə etdiyi dekorasiyalar və kostyumlar saxlanılırdı.

“Bununla birlikdə 20 il ərzində konsertlərimizin, televiziya proqramlarımızın, filmlərimizin və seriallarımızın bir hissəsi olan çoxsaylı dekorasiya, kostyum və əşyaları da itirdik. Kimsə üçün bunlar sadəcə əşyalardır. Bizim üçün isə ‘Kvartal’ın böyük tarixinin bir hissəsidir”, – deyə studiyanın açıqlamasında bildirilib.

“Kvartal 95” studiyası 2003-cü ildə yaradılıb. Onun təsisçilərindən biri hazırkı Ukrayna Prezidenti Volodimir Zelenskidir.

Nəşrin məlumatına görə, zərbə nəticəsində anbarda saxlanılan bütün rekvizitlər məhv olub. Hadisə zamanı ölən və yaralananların olmadığı bildirilir.

Əliyar Xəlil

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*